Güzdəkdə fermada yanğın olub

Hadisə

16.07.2023 - 21:23

Həkimlər Klinikalar SEO Xidməti

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən fermada yanğın hadisəsi baş verib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ferma ərazisində ümumi sahəsi 25 kvadratmetr olan evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 20 kvadratmetr olan vaqon tipli köməkçi tikilinin taxta üzlüyü, yaxınlıqda ümumi sahəsi 15 kvadratmetr olan köməkçi tikilinin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 20 kvadratmetr olan digər köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş