Gürcüstandan 90-a yaxın əcnəbi deportasiya edilib

Dünya

28.01.2026 - 13:32

Deportasiya edilənlər arasında Türkiyə, Azərbaycan, Çin, Hindistan, İran, Rusiya və digər ölkələrin vətəndaşları var

Son bir neçə gün ərzində Gürcüstan Miqrasiya Departamentinin əməkdaşları ölkədə qanunsuz olaraq olan 87 əcnəbini deportasiya ediblər. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Deportasiya edilənlər arasında Türkiyə, Çin, Hindistan, Azərbaycan, İran, Türkmənistan, Misir, Nigeriya, Rusiya, Qazaxıstan, İordaniya, Banqladeş, Tayland, İsrail, Livan, Cənubi Afrika, Sudan və Suriya vətəndaşları var. Onlar icazə verilən qalma müddətini aşıb və qanuni əsas olmadan ölkədə olublar.

"Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib", - deyə Gürcüstan DİN-dən vurğulanıb.

Xarici vətəndaşların deportasiyası qərarı həm Gürcüstan DİN-in Miqrasiya Departamenti, həm də məhkəmələr tərəfindən qəbul edilir.

Ölkədən deportasiya edilən əcnəbilərin Gürcüstana girişi iki ildən beş ilə qədər qadağandır. Giriş məhdudiyyəti ölkəni könüllü tərk edən əcnəbilərə şamil edilmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş