Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək

Dünya

31.08.2020 - 18:14

Həkimlər Klinikalar SEO Xidməti

Seçkilər bu dəfə qarışıq sistemdə keçiriləcək

 

Gürcüstan Parlamentinə və Acarıstan Muxtar Respublikasının Ali Şurasına seçkilər oktyabrın 31-də keçiriləcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili fərman imzalayıb.

 

 “Bu seçkilər bizim üçün xüsusi əhəmiyyət daşıyır və demokratiyamızı bir daha təsdiqləməlidir”, -  deyə Zurabişvili qeyd edib.

 

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri bu dəfə qarışıq sistemdə keçiriləcək. Proporsional sistemə görə 120, majoritar sistemə görə 30 deputat seçiləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş