“Birlik – Milli Hərəkat” və “Dəyişiklik Koalisiyası” seçkilərin nəticələrini tanımayıb
Gürcüstanda “Birlik – Milli Hərəkat” və “Dəyişiklik Koalisiyası” partiyaları deputat mandatlarından imtina ediblər. AYNA gürcü mediasına istinadən bildirir ki, təşkilatların liderləri ayrı-ayrılıqda keçirdikləri mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkilərinə dair elan etdiyi ilkin nəticələri tanımadıqlarını və deputat mandatlarından imtina etdiklərini açıqlayıblar.
Partiya liderləri seçkilərin saxtalaşdırılması üçün bir neçə üsuldan, xüsusilə yoxlama sisteminin manipulyasiyasından, etiketləmə qaydalarının pozulmasından istifadə edildiyini bildiriblər.