Gürcüstanda biabırçılıq, Ermənistanda revanşizm, Azərbaycanda isə... – Qəribə məntiq

Siyasət

10.10.2024 - 10:15

Həkimlər Klinikalar SEO Xidməti

Və ya Avropa İttifaqı Cənubi Qafqazda nəyi dəstəkləyir?

Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Hercinski Tbilisidə hakim “Gürcü Arzusu” partiyasının yeni seçki plakatlarına münasibət bildirib. Plakatlarda bir yanda Ukraynadakı xarabalıqlar və digər yanda dinc Gürcüstan təsvir olunur.

“Hesab edirəm ki, bu pankartlar hədsiz biabırçı və iyrəncdir. Çünki Gürcüstanda və Avropa İttifaqında sülh Ukrayna xalqının fədakarlıqları sayəsində qorunub saxlanılır. Avropa Ukraynanı dəstəkləməkdə davam edir, çünki o, mübarizənin təkcə suverenlik üçün deyil, bütün qanuni dünya nizamı uğrunda olduğuna inanır”, - deyə Aİ səfiri bildirib.

Onun bu sözləri Azərbaycan oxucusu üçün bir qədər fərqli səslənir və müvafiq olaraq başqa məna daşıyır. Xüsusən də Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stanonun Ermənistanın “Armenpress” agentliyinə verdiyi son müsahibə fonunda.

Xatırladaq ki, Stano bu müsahibəsində “Ermənistanın hərbiləşdirilməsi barədə heç nə bilmədiyini” bildirmişdi. Baxmayaraq ki, Aİ xarici siyasət xidmətinin rütbəsinə görə rəsmi nümayəndəsi Fransa və Hindistanın Ermənistana göstərdiyi hərbi yardımdan xəbərdar olmalıdır. Üstəlik, silah təchizatı əsasən hücum xarakterlidir.

Son üç ildə Ermənistan müdafiə xərclərini 795 milyon dollardan 1,4 milyard dollara çatdırıb. Bu münasibətin təbii nəticəsi ona gətirib çıxardı ki, Ermənistan rəhbərliyi Azərbaycanla danışıqlarda mövqeyini sərtləşdirdi.

Və əgər Aİ-nin Gürcüstandakı səfiri Pavel Hercinski bəyan edirsə ki, Ukrayna məsələsində Avropa qanuni dünya nizamını dəstəkləyir, o zaman məntiqi sual yaranır: Aİ Cənubi Qafqazda nəyi dəstəkləyir?

Göründüyü kimi, Aİ Ermənistanda Azərbaycana qarşı revanşist əhval-ruhiyyəni dəstəkləyir. Üstəlik, bu, açıq şəkildə gizlədilməmiş formada edilir. Azərbaycana qarşı hərbi təcavüz edən və 30 ildən artıq Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana indi pul və silah yardımı göstərilməlidir, lakin beynəlxalq səviyyədə tanınmış ərazilərini təkbaşına işğalçılardan azad edən Azərbaycanı tənqid etmək lazımdır. Aİ-nin bu məntiqi “qanuni dünya nizamı uğrunda mübarizə” adlanır.

Əgər Aİ Ermənistanı aktiv şəkildə silahlandırmaqla, revanşist əhval-ruhiyyəni gücləndirməklə və onu Azərbaycanla yeni müharibəyə sövq etməklə “dünya nizamı” uğrunda mübarizə aparırsa, o zaman maraqlıdır ki, həmin Avropada Rusiya niyə işğalçı adlandırılır? Doğrudan da, mahiyyət etibarı ilə, Qarabağ münaqişəsi timsalında analogiya aparsaq, eyni mənzərəni görə bilərik, amma tam əksini görrük.

Konkret olaraq bizdə təcavüzün qurbanı olan ölkə ilə işğalçı dövlət yerlərini dəyişib. Aİ vaxtaşırı Azərbaycanın daxili işlərinə qarışır, onun suverenliyinə təhlükə yaradır, separatizmi və revanşizmi dəstəkləyir, Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olur. Təcavüzkarı qurbandan ayırmaq istəməməsi, üstəlik, birinciyə dəstək verməsi Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qoruduğunu şifahi şəkildə bəyan edən Aİ-nin ikiüzlü və xəyanətkar xarakterini göstərir. Amma Azərbaycanın timsalında yox.

Təəssüflər olsun ki, Aİ 30 ildən artıqdır Ermənistanın təcavüzünün nəticəsində öz doğma yurdlarından zorla qovulmuş bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı heç bir narahatlıq ifadə etməyib - 30 ildən artıq müddətdə. Stano və bu kimi Avropa rəsmiləri Ermənistanın uzun illər Azərbaycan ərazilərini işğal etdiyini, 44 günlük müharibə zamanı Azərbaycan şəhərlərini raket hücumlarına məruz qoyduğunu, bu zaman mülki əhalinin, o cümlədən azyaşlı uşaqların həlak olduğunu xatırlamamağa üstünlük verirlər.

İslamofobiyanın tüğyan etdiyi xristian Avropasının erməni işğalçılarının məscidləri donuzxanaya çevirməsi, müsəlman qəbiristanlıqlarını yerlə-yeksan etməsi vecinə deyil. Onlar üçün əsas odur ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə, keçmiş işğalçıların fikrincə, hazırda “barbar azərbaycanlılar” tərəfindən məhv edilmək təhlükəsi altında olan xristian irsinə qayğı göstərsin.

Müəllif: Asif Aydınlı

Pin up casino Pin-up casino giriş