Saxlanılanlar Gürcüstan və xarici vətəndaşlardır
Tiflisdə və bölgələrində müvəqqəti narkotik laboratoriyası, narkotiklərin becərilməsi üçün nəzərdə tutulmuş 3 istixana və 28 kiloqrama yaxın metadon aşkarlanıb. Bu barədə AYNA.AZ Gürcüstan mediasına istinadən bildirir.
Acarıstan Polis Departamentinin direktoru Giorgi Buxraşvili keçirilən brifinqdə deyib ki, saxlanılanlar Gürcüstan və xarici vətəndaşlardır.
Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları silah-sursat da müsadirə ediblər. Saxlanılan şəxsləri 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.