Gürcüstan müxalifəti bu gün mitinq keçirəcək

Dünya

04.11.2024 - 16:26

Həkimlər Klinikalar SEO Xidməti

Müxalifət parlament binası qarşısına yürüş və orada mitinq planlaşdırıb

Oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrindən olan gürcüstan müxalifəti bu gün paytaxt Tidlisin Rustaveli prospektində böyük mitinq keçirəcək. AYNA gürcü mediasına istinadən bildirir ki, mitinq saat 19:00-da parlament binası qarşısında baş tutacaq.

Bundan əvvəl etiraz aksiyasının iştirakçıları parlament binası qarşısına yürüş edəcəklər. Yürüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, seçkilərin nəticəsi Prezident Salome Zurabişvilinin dəstəklədiyi 4 müxalifət partiyası tərəfindən tanınmır. Onlar seçkilərin kütləvi şəkildə saxtalaşdırıldığını iddia edirlər. Müxalifət beynəlxalq araşdırma aparılmasını və Və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasından beynəlxalq nəzarət altında təkrar seçkilərin keçirilməsini tələb edirlər.

Mitinqin təşkilatçıları “Dəyişiklik Koalisiyası”, “Birlik – Milli Hərəkat” və “Güclü Gürcüstan”dır. Məsləhətləşmələrdə "Gürcüstan Naminə" Partiyasının nümayəndələri iştirak etməyiblər. Partiyanın lider Giorgi Qaxaria bildirib ki, assosiasiya seçki saxtakarlığına dair sübutların toplanmasına diqqət yetirib və seçicilərinin ardınca etiraz aksiyasına qoşulacaq.

Müxalifət mediası partiyalardakı mənbələrə istinadən yazır ki, bu gün başlayacaq mitinq müddətsiz elan olunacaq.

Bu, müxalifətin seçkilərdən sonra ikinci etiraz aksiyasıdır. Birinci mitinq oktyabrın 28-də Mərkəzi Seçki Komissiyası ilkin nəticələri elan etdikdən sonra baş tutub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş