Gürcüstan ATƏT-ə sədrlik üçün namizədliyini açıqladı

Dünya

23.04.2026 - 09:43

Nazir: “Namizədliyimizin nə qədər dəstək alacağını demək hələ tezdir"

Gürcüstan 2027-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik üçün namizədliyini irəli sürüb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

Nazir vurğulayıb ki, “Gürcüstan artıq müvafiq ərizəni təqdim edib”.

"Biz gələn il üçün Gürcüstanın ATƏT-ə sədrliyini təklif etmişik. Əlbəttə ki, qərar iştirakçı ölkələr tərəfindən yekdilliklə qəbul edilməlidir. Namizədliyimizin nə qədər dəstək alacağını demək hələ tezdir", - Boçorişvili əlavə edib.

Xatırladaq ki, ATƏT-ə sədrlik bir il müddətinə iştirakçı dövlət tərəfindən həyata keçirilir. Bu il sədrlik İsveçrəyə məxsusdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş