Azərbaycan yanvarın 1-dən GUAM-a sədrlik etməyə başlayacaq
2024-cü ildə GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək. AYNA xəbər verir ki, bu barədə GUAM-ın Milli Koordinasiya Şurası məlumat yayıb.
Bildirilib ki, Ukraynanın 2023-cü ildə sədrliyi dövründə GUAM-ın fəaliyyətində prioritet istiqamətlər GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılması, Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, azad ticarət zonasının tam fəaliyyətinin təşviqi, nəqliyyat dəhlizi və gömrük prosedurlarının sadələşdirilməsi məsələləri üzrə Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət olub.
Azərbaycan yanvarın 1-dən GUAM-a sədrlik etməyə başlayacaq.