İştirakçılar imtahan nəticələrini ETS-in saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər
Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında növbəti “GRE: General Test” imtahanı keçirilib. DİM-dən AYNA-ya bildirilib ki, imtahanda 18 nəfər iştirak edib.
COVID-19 pandemiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan verənlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İştirakçılar imtahan nəticələrini ETS-in saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti “GRE: General Test” imtahanının dekabrın 3-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytında əldə etmək mümkündür.