“Göytəpə”də sərhəd əməliyyatı keçirilib

Xəbərlər

20.06.2024 - 15:36

cedabet dərman SEO Xidməti

Narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. AYNA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.

Qeyd olunub ki, iyunun 18-də saat 15:30-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 350 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş