Bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, dekabrın 25-də Baş İdarə əməkdaşlarının Göygöl rayonu ərazisində keçirdikləri tədbir zamanı Qırıqlı kəndində Gəncə şəhər sakini Ş.Əliyevin yerin təkindən qanunsuz olaraq istifadə etdiyi aşkarlanaraq saxlanılıb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.