Göyçayda zəlzələ olub

Hadisə

09.08.2025 - 13:15

Zəlzələ zamanı dağıntı və ya insan xəsarəti qeydə alınmayıb

Göyçayda zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd edək ki, Respublika Seymololoji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 11:03-də, İsmayıllı stansiyasından 35 km cənub-qərbdə baş verib.

Zəlzələ episentrdə, Göyçay rayonunda 4 bala yaxın, Qəbələ, Ağdaş və ətraf məntəqələrdə 3 bala qədər hiss olunub.

Qeyd olunub ki, yeraltı təkanın maqnitudası 4, dərinliyi isə 16 km olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş