3 ton ot bağlaması yanıb
Göyçay rayonunun Xəlitli kəndində yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, "Belarus" markalı traktorun qoşqusunun yanar konstruksiyaları və içərisinə yığılan 3 ton ot bağlaması yanıb.
Traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.