Göyçayda 23 yaşlı qadın itkin düşüb

Xəbərlər

19.07.2025 - 18:49

Sonuncu dəfə onun əynində qara rəngli don və ayaqqabı olub

Göyçay rayonunda 23 yaşlı qadın itkin düşüb. Daxili işlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, rayon sakini, 2002-ci il təvəllüdlü Fatimə Mehdiyeva iyunun 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

Sonuncu dəfə onun əynində qara rəngli don və ayaqqabı olub. Qadının əlamətləri: boyu 165 sm, gözlərinin rəngi qəhvəyidir.

F.Mehdiyevanın harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinin (020)274-04-91 şəhər və 050-502-34-56 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş