Goranboyda yol kənarında qamışlıq sahə yanıb

Hadisə

31.08.2024 - 12:51

Həkimlər Klinikalar SEO Xidməti

Ətraf ərazilər, ağaclar yanğından mühafizə olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goran qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə AYNA-ya FHN-dən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yol kənarında baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 500 kv.m. sahədə kol-kos və qamışlıq yanıb.

Ətraf ərazilər, o cümlədən ağaclar yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş