Piyada xəstəxanaya yerləşdirilib: vəziyyətinin orta ağır olduğu bildirilir
Goranboyda yeniyetmə qızı maşın vurub. AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonunda yerləşən marketlərin birinin qarşısında qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Bakı şəhər sakini 2014-cü il təvəllüdlü Z.Bayramovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır .