30 ədəd elektrik yuvası və 22 ədəd qapalı paylayıcı qurğu yanıb
Goranboy rayonunun Dəliməmmədli şəhərində yarımstansiyada yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Goranboy rayonunun Dəliməmmədli şəhərində yarımstansiyanın ərazisində gücü 40 kVt olan transformatorun yağı və sarğıları, 68 p.m yeraltı kabel, ümumi sahəsi 600 kvadratmetr olan birmərtəbəli yarımstansiyanın zirzəmisində şkaflara yığılan elektrik kabelləri 1500 p.m, 1-ci mərtəbədə hər birinin sahəsi 35 kvadratmetr olan iki otaqda altı ədəd gücü 10 kVt olan reaktor, ümumi sahəsi 140 kvadratmetr olan otaqda quraşdırılan 30 ədəd elektrik yuvası və 22 ədəd qapalı paylayıcı qurğu yanıb.
Yüksək temperaturdan ümumi sahəsi 112 kvadratmetr olan idarəetmə mərkəzinin 5 ədəd idarəetmə paneli, 12 ədəd rele paneli və bir ədəd kondisioner əriyib.
Yarımstansiyanın içərisində olan qurğular, kabellər və ərazidə olan digər transformatorlar yanğından mühafizə olunub.