Dərhal ona yardım edilib: vəziyyətinin kafi olduğu bildirilir
Goranboyda zəhərlənmə faktı qeydə alınıb. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 1983-cü il təvəllüdlü T.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 43 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.