Gömrük Komitəsi üç ayda 82 cinayət fakt aşkarlayıb

Xəbərlər

26.04.2021 - 11:59

Bunlardan 20-si isə qaçaqmalçılıq və digər cinayət xarakterli faktlardır

 

Yanvar-mart aylarında Dövlət Gömrük Komitəsi tərəfindən 82 cinayət xarakterli fakt aşkarlanıb.

 

Komitədən AYNA-ya bildirilib ki, bunlardan 9-u narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır.

 

20-si isə qaçaqmalçılıq və digər cinayət xarakterli faktlardır. Bu əməlləri törədən şəxslərin sayı 85 nəfər olub.

Müəllif: Ayna.az