Sərhəddə təxribat zamanı məhv edilən erməni hərbçilərin meyiti təyyarə ilə Bakıdan İrəvana göndərilib
Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradov təyyarə ilə Bakıdan İrəvana yola düşüb.
AYNA xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, təyyarənin göyərtəsində son təxribat zamanı ölən bir erməni hərbçinin cəsədi var. Lakin hava gəmisində heç bir hərbi əsir yoxdur.
General Muradov Azərbaycan-Ermənistan sərhədinin Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənarda olan hissəsindəki vəziyyəti nizamlamaq üçün danışıqlar aparmaq niyyətindədir.