Hazırda Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir
TƏBİB-in tabeliyində olan Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxanada yanğın baş verib. AYNA TƏBİB-ə istinadən xəbər verir ki, elektrik şitindən qaynaqlanan yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Hazırda tibb müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir. Artıq 58 nəfər təxliyə edilib. Vəziyyətin nəzarət altında olduğu bildirilir.
Qeyd edək ki, hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova həlak olub.