Gəncədə türkiyəli tələbələr arasında dava düşüb, xəsarət alan var

Hadisə

30.03.2024 - 12:21

Mətbəx bıçağı ilə 22 yaşlı gəncə xəsarət yetirilib

Gəncədə türkiyəli tələbələr arasında dava düşüb. AYNA-nın "Report"a istinadən məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universitetinin birinci kurs tələbəsi, Türkiyə vətəndaşı Bayer Kaan Ərmağan oğlu ali təhsil müəssisəsinin yataqxanasında aralarında yaranmış mübahisə zamanı 22 yaşlı həmyerlisi Ağır Hüseyn Harun oğlunun başının arxa hissəsinə mətbəx bıçağı ilə vurub.

Nəticədə A.H.Harun başın arxa nahiyəsinin çapılmış yarası xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az