Gəncədə sirkə turşusundan zəhərlənən kişi ölüb

Hadisə

17.11.2023 - 02:45

Həkimlər Klinikalar SEO Xidməti

Zülfüqar Məmmədov xəstəxanasına aparılsa da, həyatını xilas etmək mümkün olmayıb

Gəncə şəhərində 37 yaşlı kişi sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Gəncə şəhər Məhsəti qəsəbəsi, 8-ci küçədə yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Ə.Bağırov sirkə turşusundan zəhərlənib.

O, Zülfüqar Məmmədov adına 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş