Gəncədə qəbiristanlıqdan sinə daşı və güldan oğurlanıb

Xəbərlər

31.01.2024 - 13:35

Saxlanılan şəxs cinayət əməlini etiraf edib

Gəncədə qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki qəbiristanlıqlardan birindən mərmərdən hazırlanan sinə daşını və güldanı oğurlamaqda şübhəli bilinən şəhər sakini Xətai Tağıyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, mərmər sexində işləyən şübhəli şəxs oğurladığı əşyaları başqa bir rayondan olan mərhumun ailə üzvlərinə satıb. Faktla bağlı araşdırmalar davam etdirilir. Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən X.Tağıyev törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş