Gəncədə motosiklet piyadanı vuraraq xəsarət yetirib

Xəbərlər

20.03.2023 - 03:50

Qəzadan sonra motosiklet sürücüsü hadisə yerindən qaçıb

Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə motosiklet yolu qarşı tərəfə keçmək istəyən 15 yaşlı Nihat Kərimovu vurub. Piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəzadan sonra motosiklet sürücüsü hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az