Qəzada xəsarət alan yaralılar xəstəxanaya yerləşdirilib
Gəncə şəhərində bir nəfərin ölümü, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AYNA-nın "Report"a istinadən məlumatına görə, Nizami Gəncəvi prospektində 2 VAZ markalı avtomobilin toqquşması nəticəsində 1952-ci il təvəllüdlü Rəziyyə Əhmədova dünyasını dəyişib.
Qəza zamanı habelə 2004-cü il təvəllüdlü Əli Süleymanov, 1999-cu il təvəllüdlü Taleh İsmayılov, 2004-cü il təvəllüdlü Nərgiz Qarayeva, 2005-ci il təvəllüdlü Nərmin Qarayeva və 1958-ci il təvəllüdlü Fərqanə Məmmədova xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.