Piyada dərhal xəstəxanaya yerləşdirilib
Gəncədə piyadanı avtomobil vurub. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. "VAZ 21015" markalı minik maşını yolu keçmək istəyən 1998-ci il təvəllüdlü İ.Novruzovu vurub.
Piyada dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.