“Gəncə aeroportundan 2 vertolyot qalxıb camaatı atəşə tutdu”

Cəmiyyət

20.01.2020 - 10:30

İlham İsmayıl: “Şaumyandan Çaykəndə gələn ermənilər məğlub etdik və 22 nəfərini əsir götürdük”

 

Azərbaycan tarixinin ən şərəfli günlərindən biri olan 20 yanvar hadisələrinin 30-cu ildönümü qeyd olunur. Sovet odusunun Bakı və digər ərazilərdə törətdiyi qırğınlara rəğmən, Azərbaycan xalqı tanklara sinə gərərək, haqqı olan müstəqilliyinə qovuşdu.

 

O dövrün hadisələrinin içərisində olmuş, keçmiş MTN zabiti İlham İsmayıl AYNA əməkdaşı ilə söhbətində 30 il əvvəlki proseslərdən danışıb: “Bakıda o zamankı vəziyyətin nə yerdə olduğunu çoxları bilir. Lakin bəzi məqamlara da diqqət çəkmək lazımdır. Məsələn, hadisələr daha çox əyalətlərdə alovlanmağa başlamışdı. Mən də həmin dövrdə ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərində işləyirdim. Deyərdim ki, həmin dövrdə, daha dəqiq desəm, 20 yanvara qədər Bakıdan daha çox Gəncə və ətrafında dəhşətli hadisələr baş verirdi”.

 

“Birincisi, Gəncədə 30 minə yaxın erməni yaşayırdı. İkincisi isə, Gəncənin ətrafında yerləşən Göygöl rayonunda 10 erməni kəndi vardı. Ən başında da silahlanmış millətçilərin yaşadığı Çaykənd gəlirdi. Həmin dövrdə onlar bizə çox zərərlər vurmuşdular. Lakin ətraf rayonlardan da bizə dəstəyə gəlirdilər. Üstəlik, o dövrdə Azərbaycan Xalq Cəbhəsinin yeni yaranıb nüfuz qazandığı vaxtlar idi”, - həmsöhbətimiz deyib.

Mərahim Nəsib