Milli Məclis 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib
Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
AYNA xəbər verir ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi parlamentin dekabrın 3-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən, 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, o cümlədən, mərkəzləşdirilmiş gəlirlər 25 874 497,0 min manat, yerli gəlirlər isə 941 503,0 min manat müəyyən olunur.
2022-ci il dövlət büdcəsinin xərcləri 29 879 000,0 min manat, o cümlədən mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri isə 978 959,0 min manat) məbləğində müəyyən edilir.
2022-ci il icmal büdcənin gəlirləri 27 milyard 677 milyon manat, icmal büdcənin xərcləri isə 32 milyard 906 milyon manat məbləğində nəzərdə tutulub.