Gələn ilin büdcə zərfi Milli Məclisin plenar iclasına tövsiyə edilib

İqtisadiyyat

10.11.2021 - 17:53

Həkimlər Klinikalar SEO Xidməti

2022-ci ilin büdcə zərfinə daxil olan məsələlər komitə iclasında müzakirə olunub

Bu gün Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sosial siyasəti komitəsinin iclasında 2022-ci ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunub.

AYNA xəbər verir ki, iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, parlamentin İqtisadi siyasət, sahibkarlıq və sosial siyasəti komitəsi, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və digər komitələrdə təmsil olunan deputatlar, o cümlədən bu il ilk dəfə Milli Məclis sədrinin təşəbbüsü ilə parlamentdə təmsil olunan bütün partiyaların, o cümlədən müxalifət partiyalarının sədrləri də iştirak ediblər.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş