Gələn il üçün yaşayış minimumu 300 manat olacaq

İqtisadiyyat

09.12.2025 - 12:26

Gələn il üçün yaşayış minimumu 15 manat artırılacaq

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq. AYNA.AZ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Beləliklə, gələn il üçün yaşayış minimumu 15 manat artırılacaq.

Yaşayış minimumu 2026-cı ildə əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş