Gələn il NATO sammiti Ankarada “Ay-Yıldız” Birgə Qərargahında keçiriləcək

Dünya

02.07.2025 - 12:59

cedabet dərman SEO Xidməti

Sammitin Ankarada keçirilməsinə bir neçə səbəbə görə qərar verilib

2026-cı ilin iyulunda NATO sammitinin “Türkiyə Pentaqonu” da adlandırılan “Ay-Yıldız” Birgə Qərargahında keçirilməsi planlaşdırılır. AYNA.AZ xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.

Şimali Atlantika Alyansının dövlət və hökumət başçılarının görüşünün yeri kimi Ankaranın seçilməsi iyunun 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanıb.

“Milliyet” xəbər verir ki, sammitin Ankarada keçirilməsinə bir neçə səbəbə görə qərar verilib. İstanbul və Antalyadan fərqli olaraq, Türkiyənin paytaxtı turizm mövsümünün pik dövründə o qədər də sıx deyil. Onun hava hərəkətində də üstünlükləri var: Esenboğa Beynəlxalq Hava Limanının üçüncü uçuş-enmə zolağının yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, sammit iştirakçıları Etimesqut hərbi aerodromuna və Türkiyə Hərbi Hava Qüvvələrinin “Akıncı” bazasına çıxış əldə edəcəklər.

Qəzet qeyd edib ki, tikintisinə 2011-ci ildə başlanan 12,6 milyon kvadratmetrlik kompleksin tikintisi hələ də davam edir. Burada ilkin olaraq Müdafiə Nazirliyinin mərkəzi aparatının, 2028-ci ilə qədər isə Türkiyə Ordusunun Baş Qərargahının və ölkənin aparıcı müdafiə şirkətlərinin ofislərinin yerləşdirilməsi planlaşdırılır. Amerika Pentaqonuna bənzəyən mərkəz təxminən 15.000 nəfəri qəbul etmək üçün nəzərdə tutulub. Girişdə böyük ulduz quraşdırılıb, interyeri aypara formasında işlənib. Kompleksin yaxınlığında Türkiyənin Milli İstihbarat Təşkilatının qərargahı yerləşir. Eyni ərazidə Türkiyə Xarici İşlər Nazirliyi üçün yeni inzibati kompleks də nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş