Gediş haqqını telefonun balansından ödəmək mümkün olacaq

Xəbərlər

21.02.2020 - 16:18

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi və digər tərəfdaşlarla işlər aparılır

 

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şirkətinin abunəçiləri danışıq balansından istifadə edərək ictimai nəqliyyatda gediş haqqını ödəyə biləcək.

 

AYNA xəbər verir ki, bu barədə şirkətin Korporativ ünsiyyət departamentinin rəhbəri Nigar Şıxlinskaya deyib.

 

Onun sözlərinə görə, hazırda bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi və digər tərəfdaşlarla işlər aparılır: "Şirkət olaraq bu xidmətin tezliklə abunəçilərin ixtiyarına verməkdə çox maraqlıyıq". (APA)

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş