Gecə qorxuları, panik atak, nəfəs darlığı – <font color=red> Psixoloji yoluxma</font>

Cəmiyyət

01.06.2020 - 22:55

Həkim: “Pandemiyaya görə bütün xəstəliklərin fəsadları üzə çıxdı, əlamətlərdə ağırlaşmalar baş verdi”

 

Koronavirus pandemiyası təkcə qripə bənzər xəstəliyin yayılması deyil. Pandemiya, xüsusi karantin rejimi, mediada sürətlə tirajlanan ürküdücü xəbərlər, ard-arda çalınan həyəcan təbilləri, uzun müddət evə qapanmaq, hərəkətsiz dayanmaq, virus qorxusu ilə yaşamaq və digər bu kimi neqativ hallar ruhi-əsəb sistemimizi də iflic edir.

 

Həkim-psixiatr Esmira Mustafayeva AYNA-ya pandemiyanın yaratdığı psixoloji problemlər və onlardan qurtuluş yolları barədə danışıb: “İnsan Yer kürəsinin bəzəyidir. Dünyamızın gözəlliyi şəhərlərdə, kəndlərdə, qəsəbələrdə dolaşan, hərəkət edən, çalışan insanlardır. Boş şəhərlər kabus kimi bir şeydir. Necə ki, ağac yarpaqsız ola bilməz, Yer kürəsi, şəhərlər və kəndlər üçün də insanlar yarpaq kimidir, onları gözəlləşdirirlər. Bu pandemiya ilə əlaqədar iki-üç aydır ki, biz gecə-gündüz, fasiləsiz, istirahətsiz işləyirik. Xəsətləri yerində müalicə edirik”.

 

“Mən “WhatsApp” vasitəsilə mesaj yazan pasiyentlərə də cavab verirəm. Ən çox sosiallaşmadan uzaq olan gənclərdən və yaşlılardan müxtəlif şikayətlər gəlir. Onlar gecə qorxuları, panik atak, nəfəs darlığından şikayətlənirlər. Deyirlər ki, “doktor, gözümü yumuram, birdən fikirləşirəm ki, mən nəfəs ala bilmərəm, boğulub ölərəm və ya məndə koronavirus tapılar”. Sinir sistemi zəif olan insanlarda ən çox bu narahatlıqlar əmələ gəlir. Bu pandemiyaya görə bütün xəstəliklərin fəsadları üzə çıxdı, əlamətlərdə ağırlaşmalar baş verdi”, - müsahibimiz deyib.

Bünyamin