ABŞ Prezidenti Kanadanın Baş naziri və Meksika Prezidenti ilə də görüşməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp Kanadada keçirilən “Böyük Yeddilik” (G7) ölkələrinin sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmağı planlaşdırır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Evin sözçüsü məlumat verib.
Tramp Ukrayna Prezidenti ilə görüşməklə yanaşı, Kanadanın Baş naziri Mark Karni və Meksika Prezidenti Klaudiya Şeynbaumla da görüşməyi planlaşdırır.
ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiyanın daxil olduğu G7 sammiti iyunun 15-dən 17-dək Alberta ştatının Kananaskis kurort zonasında keçirilir.