Minaya düşən hərbi qulluqçular Sarib və Murad Məmmədzadədir
Daxili Qoqşunların Füzuli rayonunda minaya düşən hərbçilərinin adları bəlli olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, DİN-in Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzuli rayonunda xidmətdə olarkən minaya düşüb.
Rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşən hərbi qulluqçular - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə, 2002-ci il təvəlüdlü Murad Məmmədzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.