Rayon sakini tapdığı ov silahını könüllü olaraq təhvil verib
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı rayon sakini tapdığı ov silahını polis əməkdaşlarına könüllü olaraq təhvil verib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.