İsveçrə millisi penaltilər seriyasında rəqibini məğlub edərək 1/4 finala çıxdı
Avro-2020-də 1/8 final mərhələsi davam edir. AYNA Qol.az-a istinadən xəbər verir ki, 3-cü oyun günü daha iki görüş keçirilib.
Xorvatiya İspaniya ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. İspaniya millisi əlavə olunmuş 30 dəqiqədə 2 qol vuraraq növbəti mərhələyə adını yazdırıb.
Günün son matçında isə Fransa İsveçrə ilə qarşılaşıb. Bu oyunun da əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Dramatik matçın əlavə vaxtında da qol olmayınca qalib penaltilərlə müəyyənləşib. İsveçrə millisi burada daha dəqiq olaraq (5:4) qalib gəlib.
Beləliklə, sensasiyalı şəkildə son dünya çempionunu mübarizədən kənarlaşdıran İsveçrə millisi tarixində ilk dəfə Avropa çempionatının 1/4 finalına yüksəlib.
28 iyun
Avro-2020, 1/8 final mərhələsi
23:00. Fransa - İsveçrə - 3:3 (Penaltilər - 4:5)
Qollar: Seferoviç, 15 (0:1), Benzema, 57 (1:1), 59 (2:1), Poqba, 75 (3:1), Seferoviç, 81 (3:2), Qavranoviç, 90 (3:3)
Baş hakim: Fernando Rapallini (Argentina)
Buxarest, "Milli Arena" stadionu
20:00. Xorvatiya - İspaniya - 3:5
Qol: Simon, 20 (öz qapısına) (1:0), Sarabiya, 38 (1:1), Azpilikueta, 57 (1:2), Torres, 77 (1:3), Orsiç, 85 (2:3), Pasaliç, 90+3 (3:3), Morata, 100 (3:4), Oyarzabal, 103 (3:5)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Kopenhagen, "Parken" stadionu