“Barselona” Valverdeni göndərir

İdman

14.01.2020 - 04:21

Katalonların yeni baş məşqçisi Kike Setye olacaq

 

"Barselona" baş məşqçisi Ernesto Valverde ilə yolları ayıracaq.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib. İspaniyalı mütəxəssis bu gün komanda üzvləri ilə vidalaşacaq.

 

Məlumata görə, katalonların yeni baş məşqçisi Kike Setye olacaq. Onunla mövsümün sonuna qədər müqavilə imzalanacaq. 61 yaşlı çalışdırıcının son iş yeri "Betis" olub.

Müəllif: Ayna.az