6 pilot yarışı sonadək davam etdirə bilməyib
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub. AYNA-nın məlumatına görə, 29 dövrənin yekununda "Prema Racing"dən Dennis Hauger bütün rəqiblərini qabaqlayıb.
"Carlin"dən Logan Sargeant ikinci, "MP Motorsport"dan Felipe Druqoviç üçüncü yeri tutub. Ümumilikdə 6 pilot yarışı sonadək davam etdirə bilməyib.
