“Liverpul” səfərdə qalib gəlib

İdman

01.02.2021 - 03:51

Oyunda hesab matçın ikinci hissəsində açılıb

 

Futbol üzrə İngiltərə Premyer Liqasının 21-ci turunun növbəti oyunu keçirilib. AYNA xəbər verir ki, “Liverpul” səfərdə “Vest Ham Yunayted” komandasının qonağı olub.

 

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab matçın ikinci hissəsində açılıb.

 

Bu qələbə sayəsində “Liverpul” xal sayını 40-a çatdıraraq turnir cədvəlində üçüncü yerə yüksəlib. “Vest Ham Yunayted” isə 35 xalla beşinci yerdə qərarlaşıb.

Müəllif: Ayna.az