Finlandiya ilk dəfə NATO-ya üzvlük üçün vəsait ayıracaq

Dünya

04.09.2024 - 08:40

Həkimlər Klinikalar SEO Xidməti

Əməliyyat xərcləri 115 milyon avro artırılacaq

Finlandiya Müdafiə Nazirliyinin 2025-ci il üçün büdcəsi təxminən 6,5 milyard avroya çatacaq, ilk dəfə olaraq ölkənin NATO-ya üzvlüyü üçün 67 milyon avro ayrılacaq.

AYNA xəbər verir ki, bu, parlamentə təqdim olunan büdcə layihəsində göstərilib.

Qeyd olunub ki, Finlandiya Müdafiə Nazirliyinin 2025-ci il üçün büdcəsi hazırkı büdcədən 488 milyon avro çoxdur.

Faktiki 2024-cü il büdcəsi ilə müqayisədə əməliyyat xərcləri 115 milyon avro artırılacaq. Şəxsi heyətin sayının təxminən 140 nəfər artacağı gözlənilir.

NATO-ya üzvlüklə bağlı yeni resurs tələblərini ödəmək üçün əlavə 67 milyon avro ayrılacaq. Hesabatda bunlara Finlandiyada yaradılacaq yerüstü komandanlıq qərargahı və Finlandiyada Quru Qüvvələrinin genişləndirilməsi daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş