Final oyununun başlanması təxirə salınıb

İdman

28.05.2022 - 23:16

Matç Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda oynanılacaq

İngiltərənin "Liverpul" və İspaniyanın "Real Madrid" komandaları arasında Çempionlar Liqasının final matçının startı təhlükəsizlik baxımından təxirə salınıb. AYNA xəbər verir ki, bu barədə Real Madridin mətbuat xidməti məlumat yayıb.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlamalı idi. Oyunun başlamasının növbəti elana qədər ən azı 15 dəqiqə gecikdiyi bildirilir.

Matç Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda oynanılacaq.

Bu, "Real Madrid" və "Liverpul"un Çempionlar Liqasının finalında 3-cü dueli olacaq. Əvvəlki 2 qarşılamadə tərəflər hərəyə bir dəfə titula sahib çıxıblar. 1980/1981 mövsümündə İngiltərə təmsilçisi, 2017/2018 mövsümündə isə İspaniya klubu turnirin qalibi olub.

Müəllif: Ayna.az