Yeddi nəfər ölüb, 200-dən çox insan xilas edilib
Filippində göyərtəsində 350-dən çox sərnişin olan bərə batıb. AYNA.AZ “Associated Press”ə istinadən bildirir ki, hadisə nəticəsində yeddi nəfər ölüb, 200-dən çox insan xilas edilib.
Bərə gecə yarısından sonra Filippinin cənubunda batıb.
Sahil mühafizəsi rəsmilərinin məlumatına görə, bərə Zamboanqa liman şəhərindən Sulu əyalətindəki cənub Jolo adasına gedirmiş. Gəmidə 332 sərnişin və 27 heyət üzvü olub.
İlkin məlumatlara görə, batmağa gəmidəki texniki nasazlıq səbəb ola bilər.