“Filippin 3003 saylı xidmət gəmisi Çin tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayıb”
Filippinin xidmət gəmisi Pekin və Manila arasında ərazi mübahisəsinin predmeti olan Cənubi Çin dənizində Skarboro rifi yaxınlığında Çin sahil mühafizə gəmisinə qəsdən çırpılıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Dəniz Polisi Departamentinin rəsmi nümayəndəsi Liu Dejun bildirib.
“Filippin 3003 saylı xidmət gəmisi Çin tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayıb, kəskin dönüş edib, geriyə dönüb və bilərəkdən Çinin 3302 saylı Sahil Mühafizəsi gəmisinə çırpılıb”, - departament sözçüsü açıqlamasında bildirib.