Bakı metrosunun "Gənclik" stansiyasına giriş 00:30-dək uzadılacaq
Bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" futbol klubu son oyununu keçirəcək.
Bu səbəbdən Bakı metrosunun "Gənclik" stansiyasına giriş 00:30-dək uzadılacaq. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Avtosfer.az-a bildirib ki, qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər Metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər.
Digər stansiyaların girişi isə adi iş vaxtı qaydası ilə - saat 00:00-da bağlanacaq.