Sabiq deputat Ramana qəbiristanlığında torpağa tapşırılıb
Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı Ramana qəbiristanlığında dəfn edilib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, ictimai-siyasi xadimlər iştirak ediblər.
Qeyd edək ki, F.Ağamalı ilə Heydər məscidində vida mərasimi keçirilib. Mərasimdə mərhumun ailə üzvləri, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər iştirak ediblər.
Xatırladaq ki, sabiq deputat dünən axşam Ankarada uzun sürən xəstəlikdən sonra vəfat edib.
Allah rəhmət eləsin!