Daha əvvəl də Fərrux kəndi ərazisində insan qalıqları tapılmışdı
Xocalı rayonunun Fərrux kəndi ətrafında bu gün daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb.
AYNA xəbər verir ki, aşkarlanan qalıqların Birinci Qarabağ Müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aid olduğu bildirilir.
Qeyd edək ki, bundan əvvəl də Fərrux kəndi ərazisində Birinci Qarabağ Müharibəsində şəhid olanlara aid olduğu ehtimal edilən insan qalıqları tapılmış, daha sonra isə həmin ərazidə itkin düşümüş şəxslərin siyahısı yayımlanmışdı.