"Fənərbağça" milli üzvünü icarəyə götürüb

İdman

02.08.2022 - 03:26

Təcrübəli futbolçu ilə 1 illik müqavilə imzalanacaq

Türkiyə "Fənərbağça"sı heyətini yeni futbolçu ilə gücləndirib. AYNA klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasından Ezcan Alioskini icarəyə götürüb.

"Sarı-lacivərdlilər" Şimali Makedoniya millisinin 30 yaşlı sol cinah oyunçusu üçün qarşı icarə haqqı ödəməyib. Təcrübəli futbolçu ilə 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Ezcan Alioski karyerası ərzində İsveçrənin "Yanq Boyz", "Luqano" və İngiltərənin "Lids Yunayted" klublarında da çıxış edib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə